Məzahir Pənahov: “Buna nə cür inanmaq olar?”

17-01-2020, 23:25           
Məzahir Pənahov: “Buna nə cür inanmaq olar?”
“Bəzi namizədlər əmlakları ilə bağlı gülünc fikirlər səsləndirirlər”.



Pravda.az-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib. MSK sədri bildirib ki, elə namizədlər var deyir, atasından qalan əmlak yadından çıxıb: “Buna nə cür inanmaq olar?”



M. Pənahov qeyd edib ki, əmlakları haqqında düzgün məlumat göstərməyən namizədlər nə üçün əmlaklarını göstərmədiklərinə dair tutarlı bir səbəb də göstərmirlər: “Adi bir səhvə görə onların namizədliklərini qeydə alınmır. Burdan belə bir məntiqi nəticə çıxır ki, bu adamlar namizədliklərinin qeydə alınmaması üçün belə edirlər. Bunların qeydə alınmamaqda məqsədləri nədir bilmirəm”.



M. Pənahov bir daha namizədlərə əmlakları haqqında düzgün məlumat göstərmələri barədə tövsiyə edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.