Növbədənkənar parlament seçkilərində “exit-poll” üçün MSK-ya müraciət müddəti sabah başa çatır

18-01-2020, 08:26           
Növbədənkənar parlament seçkilərində “exit-poll” üçün MSK-ya müraciət müddəti sabah başa çatır
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar “exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlərin qəbul edilməsi prosesi sabah başa çatır.

APA-nın məlumatına görə, “Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydaları”nın 2.1-ci bəndinə əsasən, “exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlərin qəbulu səsvermə gününə ən azı 20 gün qalanadək başa çatmalıdır.

Fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar bu müddət 2020-ci il yanvarın 20-dək başa çatır.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası “exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə 2020-ci il yanvarın 30-dək qərar qəbul etməlidir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.