Qeyri-millətlərdən olan deputatlığa namizədlər... - SİYAHI

18-01-2020, 20:29           
Qeyri-millətlərdən olan deputatlığa namizədlər... - SİYAHI\
Azərbaycanda fevralın 9-da keçiriləcək parlament seçkilərində qeyri-millətlərdən olan namizədlər də iştirak edəcəklər.
"Yeni Sabah" xəbər verir ki, dairə seçki komissiyaları tərəfindən namizədliyi qeydə alınan 4 nəfər qeyri-millətlərdən olan şəxs seçkilərə qatılıb. Onlar da təbii olaraq, vətəndaşı olduqları dövlətin ali qanunverici orqanında təmsil olunmaq istəyirlər.

Onlardan ən məşhuru aparıcı-jurnalist Yelena Siderenkodur. O, parlament seçkilərində namizədliyini 73 saylı şəhər seçki dairəsindən irəli sürüb və qeydə alınıb.

Xatırladaq ki, Yelena Sidorenko 1986-cı ildə Azərbaycanda, Bakı şəhərində anadan olub. O, 2002-ci ildə Mədəniyyət və İncəsənət Gimnaziyasının bitirdikdən sonra, elə həmin il Azərbaycan Dövlət Mədəniyyət və incəsənət Universitetinə daxil olub, 2007-ci ildə bakalavr, 2009-cu ildə magistr pilləsini bitirib. 2011-2014-cü illər ərzində Azərbaycan Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında, siyasi idarəetmə fakültəsində təhsil alıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.