ABŞ və rus əsgərləri Suriyada üz-üzə gəldi - Gərginlik

19-01-2020, 09:28           
ABŞ və rus əsgərləri Suriyada üz-üzə gəldi - Gərginlik
Suriyada YPG/PKK nəzarətindəki bölgələrdə xidmət aparan ABŞ əsgərləri Hasekə şəhərindəki neft sahəsinə getmək istəyən rus əsgərlərinin qarşısını kəsib.

Axar.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb. ABŞ əsgərlərinin Rümeylan neft sahəsinə doğru gedən rus əsgərlərinin yolunu kəsməsi nəticəsində tərəflər arasında gərginlik yaşandığı bildirilib.

Rus əsgərləri geri qayıtmaq məcburiyyətində qalıb.

Qeyd edək ki, ABŞ Suriyada ümumilikdə 11 hərbi baza və bölgədə xidmət aparır. ABŞ ordusu PKK nəzarətindəki neft sahələrinə tez-tez hərbi dəstək göndərir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.