Naxçıvan Ali Məclisinə kimlər namizəd olub? – Sirr kimi seçki...

20-01-2020, 23:32           
Naxçıvan Ali Məclisinə kimlər namizəd olub? – Sirr kimi seçki...
2020-ci il fevralın 9-da Azərbaycan Milli Məclisinə seçkilərlə paralel Naxçıvan Muxtar Respublikası Ali Məclisinə də seçkilər keçiriləcək…

Teref.az xəbər verir ki, bu haqda MR-nın Ali Məclisinin sədri Vasif Talıbov dekabrın 9-da Sərəncam imzalayıb.

Milli Məclisə keçirilən seçkilərlə bağlı Azərbaycan Mərkəzi Seçki Komissiyasının saytında namizədlərlə bağlı mütəmadi olaraq məlumatlar yerləşdirilir. Naxçıvan MR-da isə Ali Məclisə seçkiləri Naxçıvan Mərkəzi Seçki Komissiyası həyata keçirir. Maraqlıdır ki, Naxçıvan MSK-sının saytında (msk.nakhchivan.az) fevralın 9-da Ali Məclisə keçiriləcək seçilərlə bağlı bu günə qədər heç bir məlumat yerləşdirilməyib.

Nə Naxçıvan Ali Məclisinə namizədliyini irəli sürən şəxslər, nə də Naxçıvan MSK-sının iclasları haqda heç bir məlumat yoxdur. Sonuncu dəfə isə sayt ötən ilin avqustunda yenilənib.

Bildirək Naxçıvan Ali Məclisinin 45 üzvü olur və seçkilərdə 45 dairə üzrə seçki keçirilir.\Pia.az\













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.