“Namizədlər sosial şəbəkələrdən istifadə zamanı Seçki Məcəlləsinin tələblərinə əməl etsin” - MSK sədri

23-01-2020, 18:28           
“Namizədlər sosial şəbəkələrdən istifadə zamanı Seçki Məcəlləsinin tələblərinə əməl etsin” - MSK sədri
“Namizədlər sosial şəbəkələrdən istifadə zamanı Seçki Məcəlləsinin tələblərinə əməl etsin”
"Dəfələrlə sosial şəbəkələrlə bağlı namizədlərə müraciətlər etmişik".

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

MSK sədri bildirib ki, deputatlığa namizədliyi qeydə alınmış namizədlər sosial şəbəkələrdə Seçki Məcəlləsinin tələblərinə uyğun davranmalıdır:

“Bunları sizin xoşunuza gəlməkdən ötrü demirəm. Bunu namizədlər üçün səsləndirirəm. Namizədlər sosial şəbəkələrdən istifadə zamanı Seçki Məcəlləsinin tələblərinə əməl etsin”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.