Kataloniya rəhbəri üçün parlamentə 48 saat vaxt verildi

24-01-2020, 11:43           
Kataloniya rəhbəri üçün parlamentə 48 saat vaxt verildi
Barselona vilayətinin seçki komissiyası Kataloniya parlamentinə Kataloniyanın rəhbəri Kim Torranın deputatlıq mandatını ləğv etməsi üçün 48 saat vaxt verib.

Sozcu.az xəbər verir ki, bu barədə məlumatı İspaniya mətbuatı yayıb. Məlumata görə, bundan öncə İspaniya Mərkəzi Seçki Komissiyası oxşar tələblə Kataloniya parlamentinin spikeri Roje Torrenə müraciət edib. Mətbuat hələlik Torranın deputat mandatından məhrum olacağı təqdirdə Kataloniya rəhbərliyindən də uzaqlaşdırılıb-uzaqlaşdırılmayacağı haqqında heç bir informasiyanın olmadığını bildirib.

Qeyd edək ki, Torra 2018-ci ildən Kataloniya rəhbəridir. O, Kataloniyanın müstəqilliyinin tərəfdarı kimi tanınır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.