85 saylı dairədə müəmma: Kamil Eyyubovu kim tanıyır?

27-01-2020, 11:28           
85 saylı dairədə müəmma: Kamil Eyyubovu kim tanıyır?
85 saylı Şamaxı seçki dairəsi bu dəfə medianın və ictimaiyyətin diqqət mərkəzindən kənarda qalıb. Bu dairədə keçmiş deputat Elxan Süleymanovun namizədliyini irəli sürməməsi kimin mandat sahibi olacağı suallarını yaradıb. E.Süleymanov oliqarxlaşmış deputat idi və seçicilərin dərdinə heç zaman yanmırdı.

O, bu seçkidə namizədliyini elan etməməklə Şamaxı əhalisini çox sevindirdi. Amma sual yaranır – bu dəfə kimdir, layiqli deputat olacaqmı, seçici ilə işləyəcəkmi?

Reportyor.info-nun araşdırması zamanı aydın olub ki, bu dairədə favorit namizəd hələ ki yoxdur.

Hazırda “EYYUBEYLİ-TİRE” MMC direktoru, bitərəf namizəd Kamil Eyyubov öz piarı ilə məşğuldur. Ona əsas rəqiblərdən biri “Aloprint” MMC rəhbəri Rizvan Qənbərov ola bilər.

Çünki YAP formal namizəd irəli sürüb və həmin şəxs Şamaxının 2-ci Çaylı məktəbinin direktoru Arif Lazımovdur. Arif Lazımov isə nə Milli Məclisə, nə YAP-a lazımdır.

Digər namizəd isə Azərbaycan Dillər Universitetinin prorektoru Tamam Cəfərovadır. Müsavat Partiyasından isə Məzahir Məmmədov yenidən namizədliyini elan edib.

Odur ki, biznesmenlər arasında mübarizə gedəcəyi gözlənilir. Kamil Eyyubov həmin firmanı qurana qədər gömrük orqanlarında, neft sahəsində çalışıb.

Şamaxı seçiciləri isə adı çəkilən bu namizədləri bir o qədər tanımırlar, əhali arasında K.Eyyubovun güclü nüfuzu yoxdur. O baxımdan 85 saylı dairədə sandıqdan kimin adının çıxacağı sual altındadır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.