MSK parlament seçkilərində "exit-poll" keçirmək üçün müraciət etmiş təşkilatın akkreditasiyası barədə qərar qəbul edib

27-01-2020, 16:53           
MSK parlament seçkilərində "exit-poll" keçirmək üçün müraciət etmiş təşkilatın akkreditasiyası barədə qərar qəbul edib
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar "exit-poll" keçirmək üçün müraciət etmiş Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının ("AJF&Associates İnc.” təşkilatı (Amerika Birləşmiş Ştatları) ilə birgə) müraciətinə baxılıb.

APA-nın məlumatına görə, məsələ barədə MSK sədrinin müavini Rövsət Qasımov məlumat verib.

MSK Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının ("AJF&Associates İnc.” təşkilatı (Amerika Birləşmiş Ştatları) ilə birgə) akkreditasiyası barədə qərar qəbul edib.

Qeyd edək ki, Milli Məclisə seçkilər fevralın 9-da keçiriləcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.