"30 saylı Suraxanı seçki dairəsi ilə bağlı ciddi ölçü götürüləcək” - MSK sədri

27-01-2020, 17:31           
"30 saylı Suraxanı seçki dairəsi ilə bağlı ciddi ölçü götürüləcək” - MSK sədri
Mərkəzi Seçki Komissiyasına (MSK) 30 saylı Suraxanı seçki dairəsindən ciddi qanun pozuntuları ilə bağlı şikayətlər daxil olub.

APA-nın məlumatına görə, bunu MSK sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.

MSK sədri deyib ki, ümumilikdə bu tipli şikayətlərlə bağlı araşdırma aparılır: “Seçicilərin ələ alınması üçün ərzaq paylamaq Seçki Məcəlləsinə meydan oxumaqdır. Bu cür hallara yol vermək olmaz. Bütün bu hallarla bağlı sosial şəbəkələrdə yayılmış görüntülər də MSK tərəfindən araşdırılır. Bu, digər məsələlərlə müqayisə olunmayacaq qanun pozuntusudur. MSK bu kimi hallara çox pis yanaşır və bu hallarla bağlı ciddi ölçü götürüləcək”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.