4 müsəlman ölkəsindən Trampın planına dəstək – Fələstin isə etiraz edir

29-01-2020, 10:07           
4 müsəlman ölkəsindən Trampın planına dəstək – Fələstin isə etiraz edir
Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Misir ABŞ Prezidenti Donald Trampın “Yaxın Şərq Sülh Planı”nı dəstəkləyib.

Teleqraf.com xəbər verir ki, dörd dövlətin xarici işlər nazirliklərinin yaydığı bəyanatda Amerika liderininin İsrail-Fələstin münaqişəsinə dair planının təqdir edildiyi bildirilib.

Bəyanatlarda Fələstin və İsrail arasında 70 ildir davam edən münaqişənin həll olunmasında maraqlı tərəflərin səyləri nəticəsində məsələnin tezliklə dinc yolla həllinə olan gözlənti dilə gətirilib.

Donald Tramp və İsrail Baş naziri Binyamin Netanyahu Ağ Evdə baş tutan görüşdə “Əsrin Müqaviləsi” adlandırlan planı dünya ictimaiyyətinə açıqlayıb.

ABŞ Prezidenti Qüdsün İsrailin mübahisəsiz paytaxtı olduğu qeyd edilən planın fələstinlilər üçün tarixi şans olduğunu deyib.

Plan Fələstin və bir sıra dünya dövlətləri tərəfindən etirazla qarşılanıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.