MSK parlament seçkilərində "exit-poll" keçirmək üçün müraciət etmiş təşkilatın akkreditasiyası barədə qərar qəbul edib

29-01-2020, 16:39           

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar "exit-poll" keçirmək üçün müraciət etmiş “Rəy” Monitorinq Mərkəzinin müraciətinə baxılıb.

APA-nın məlumatına görə, məsələ barədə MSK sədrinin müavini Rövsət Qasımov məlumat verib. R. Qasımov bildirib ki, təşkilat 118 dairə üzrə 1080 məntəqədə exit-poll keçirəcək:”Təşkilat regionlarda 10 dayaq mərkəzi müəyyənləşdirib. 1080 müsahibəçi prosesə cəlb edilib. Onlar ehtiyatda 50 müsahibəçinin olması ilə bağlı da məlimat veriblər. Supervayzerlər də kifayət qədər məlumatlıdırlar. Ümumilikdə 1500 əməkdaş bu layihənin həyata keçirilməsində iştirak edəcək”.

MSK “Rəy” Monitorinq Mərkəzi akkreditasiyası barədə qərar qəbul edib.

Qeyd edək ki, Milli Məclisə seçkilər fevralın 9-da keçiriləcək.

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.