“Qiyamçı səfir”dən İran açıqlaması: “... Səhvlərimiz var”

5-01-2016, 22:18           
“Qiyamçı səfir”dən  İran açıqlaması: “... Səhvlərimiz var”
“Azərbaycan İran və Səudiyyə Ərəbistanı arasında baş verən gərginlikdə tərəf tutmamalıdır”.

Cebhe.info-ya açıqlamasında, İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanında nümayəndəliyinin keçmiş rəhbəri hal-hazırda Belçikada mühacirət həyatı yaşayan tanınmış diplomat Arif Məmmədov belə deyib.

A.Məmmədov qeyd edib ki, Azərbaycanın bu məsələyə qarışması doğru olmazdı: “Bu, iki dövlət arasında olan məsələdir. Bizim bu məsələyə qarışmağımıza heç bir ehtiyac yoxdur”.

İran prezidentinin müşaviri Əli Yunasi Azərbaycanın İran ərazisi olduğunu iddia edir, Səudiyyə Ərəbistanı isə Dağlıq Qarabağı işğal etdiyi üçün Ermənistana qapıları bağlayıb. Digər yandan İranın Dağlıq Qarabağda su anbarı tikməsi faktı üzə çıxdı. Müstəqil siyasətçilər Azərbaycan məsələyə bir də bu tərəfdən baxmalı olduğu iddiasını irəli sürürlər. Arif Məmmədov isə bu fikirləri bölüşmür və bunların fərqli məsələlər olduğunu bildirib: “Bunlar fərqli məsələlərdir. İranın Ermənistanla münasibətlərinin inkişafında bizim xarici siyasətimizin səhvləri də var. İran qonşu dövlətdir və bizim ilk qaçqınlara ilk dəstək İrandan gəlib. Bu ölkədə 30 milyona yaxın Azərbaycan türkü yaşayır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.