"O bizim tariximizdə ən böyük təhdiddir" – Trampı sərt tənqid etdilər

3-06-2020, 00:05           
"O bizim tariximizdə ən böyük təhdiddir" –
" Tramp əksini edib – öz vətəndaş hüquqlarının qorunmasını tələb edən vətəndaşlara qarşı qoşun yeritdi"

Birləşmiş Ştatlar Prezidenti Donald Trampın iğtişaşların baş verdiyi şəhərlərdə ağır silahlara malik ordunu yerləşdirəcəyinə dair bəyanatları faşist bəyanatlarına bənzəyir. Sputnik Azərbaycan ""a istinadən xəbər verir ki, bu müqayisəni Oreqon ştatının senatoru, Demokrat partiyasının üzvü Ronald Li Uayden aparıb.

Nümayəndələr palatasının Kentukkidən olan üzvü Con Yarmut hesab edir ki, bununla da Tramp milyonlarla amerikalıya və ABŞ konstitusiyasının birinci düzəlişinə müharibə elan edib: "O, bizim tariximizdə ən böyük təhdiddir".

Demokratlar partiyasından olan konqresmen Co Nequs isə xatırladıb ki, 1957-ci ildə ABŞ-ın 34-cü prezidenti Duayt Eyzenhauer seqreqasiya ilə mübarizə və vətəndaş haqlarının qorunması üçün qoşunlar yeritmişdi. Onun sözlərinə görə, Tramp əksini edib – öz vətəndaş hüquqlarının qorunmasını tələb edən vətəndaşlara qarşı qoşunları hərəkətə gətirib.

Qeyd edək ki, ABŞ-ı sarsıdan iğtişaşlar dalğası Minneapolisdə afroamerikalı Corc Floydun polisin əli ilə öldürülməsindən sonra başlayıb.

Ümumilikdə, Los-Anceles, San-Fransisko, Beverli-Hills, Çikaqo, Orlando, Atlanta, Denver, Qərbi Hollivud və başqaları da daxil olmaqla Amerikanın 40-dan çox şəhəri öz ərazisində komendant saatı tətbiq edib.

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Demokrat Partiyasından olan qubernatorları və merləri vəziyyətin nizamlanması üçün Milli Qvardiyanı cəlb etməyə çağırıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.