İsrail hərbçilərinə "işğala hazır ol" əmri verildi

3-06-2020, 00:28           
İsrail hərbçilərinə "işğala hazır ol" əmri verildi
Eastnews.org-un veriyi xəbərə görə, İsrail rejiminin Baş Nazirinin müavini, Müdafiə naziri Beni Qanç ötən gün İsrail Müdafiə Qüvvələrinin Baş Qərargahının rəhbəri Aviv Kohaviyə ABŞ Prezidenti Donald Trampın “sülh” planına uyğun olaraq, 2020-ci ilin iyul ayında İordan çayının qərb sahilindəki İsrail suverenliyinin planlı şəkildə yayılması üçün ordunun hazırlığını sürətləndirməyi əmr edib.

Bu barədə məlumatı Qanç “Tvitter” səhifəsində verib.

“Mən Baş Qərargah rəisi Kohaviyə İsrail Müdafiə Qüvvələrinin Fələstin arenasında irəlidəki siyasi addımlara hazırlığını sürətləndirməsini tapşırdım”, - deyə Qanç bildirib.


Xatırladaq ki, mayın 25-də İsrail rejimi Baş Naizri Benyamin Netanyahu İordan çayının qərb sahilinin iyul ayında ilhaq edəcəyini təsdiqləyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.