Deputat məşhur oteldə baş verənləri qudurğanlıq adlandırdı - "... onların cəzası ciddi olmalı və insanlara görk olmalıdır"

6-07-2020, 14:00           
Deputat məşhur oteldə baş verənləri qudurğanlıq adlandırdı - "...
Bakıda məşhur otellərin birində insanların hovuz kənarında istirahət etməsi bir tərəfdən məsuliyyətsizlik, digər tərəfdən isə qudurğanlıqdır.
Azvision.az xəbər verir ki, bunu deputat Musa Quliyev deyib. Onun sözlərinə görə, həmin şəxslərin belə hərəkəti cəmiyyətə meydan oxumaq deməkdir.

“Hesab edirəm ki, onların cəzası ciddi olmalı və insanlara görk olmalıdır. Burada insanlar koronavisurla ölüm-dirim mübarizəsi aparır. Sən deyirsən ki, “hovuzda dincəlməliyəm və ya haradasa kabab yeməliyəm”. Bu, həm də mənəviyyat məsələsidir. Bunların qınanması çox doğrudur”.

Qeyd edək ki, ötən gün "Fairmont Baku" hotelində karantin qaydalarına zidd olaraq hovuz müştərilərin istifadəsinə verilib. Bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Xüsusi karantin rejim qaydalarına əməl olunmayan, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan görüntülərlə bağlı müvafiq nəzarət-profilaktik tədbir keçirilib. Səbail RPİ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə yayılan görüntülərdə əks olunan şəxslər müvafiq polis idarəsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.