Azərbaycan Respublikasında mövcud siyasi durumla bağlı Turan Partiyası Qurucular Məclisinin

11-07-2020, 19:22           
Azərbaycan Respublikasında mövcud siyasi durumla bağlı Turan Partiyası Qurucular Məclisinin
Bəyanatı
Son bir ildə Dövlət Başçısı İlham Əliyevin başlatdığı kadr islahatları getdikcə ciddi qarşıdurmalarla müşahidə olmaqdadır. Xüsusi ilə Prezident Aparatının Rəhbəri Ramiz Mehdiyevlə bağlı dövrü mətbuatda yayılan açıqlamalar ciddi narahatçılıq doğurmaqdadı. Turan Partiyası ölkədə yaranmış siyasi gerginliyin arxasında Azərbaycanın bağımsızlığına qarşı olan Rusiya və İranın maraqlı olduğunu bilərək, soydaşlarımızı provakasiyalara getməməyə çağırır. Ölkəni qarışdırmaq istəyənlərə, ən yaxşı cavab konstitusiya qurluşumuzun yanında olmaqdır, qanunların aliliyini qorumaqdır. Turan Partiyası, korrupsioner ünsürlərə qarşı mübarizədə Dövlət Başçısı İham Əliyevin apardığı siyasəti dəstəkləyir. Dövlətin ali maraqlarının qorunmasının vacibliyini, konstitusyaya zid metodlarla, ağalarından əmr alıb hakimiyyət uğrunda çarpışanların siyasətinin iflasa uğrayacağını bildirir.
Yaşasın Bağımsız Bütöv Azərbaycan!

Turan Partiyası Qurucular Məclisi

10/07/2020 Bakı şəhəri.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.