Qorqud partiyasının bəyənatı

15-07-2020, 00:10           
Qorqud partiyasının bəyənatı
Erməni faşistlərinin ölkəmizə hücumu hamı kimi bizi də hiddətləndirmişdir. Bu gün ölkəmizdə iqtidar və müxalifət yoxdur və biz vahid Azərbaycan xalqıyıq. Qorqud partiyası olaraq dövlətimizin, qəhrəman ordumuzun yanındayıq. Vətənimizin torpaqları uğrunda qəhrəmanlıqla həlak olmuş əsgər və zabitlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa, xalqımıza səbr diləyirik. Eyni zamanda dövlət rəhbərlərimizə dəfələrlə etdiyimiz təkliflərimizi bir daha dəyərləndirilməsinə ümid edirik və düşünürük ki, bu istiqamətdə atılacaq addımlar xalqımıza böyük fayda verə bilər. Biz, heç kimin bilmədiyi Batin elmini bilirik və partiyamızın ideologiyası məhz bu elmə əsaslanır. Hesab edirik ki, biz bu üstünlükdən istifadə edib, düşmənimizlə ideoloji müharibəyə başlamalıyıq. Bundan əlavə də bizim öz əlavə fikirlərimiz var ki, bunların tətbiqi zamanı torpaqlarımızı müharibəsiz qaytara bilərik. Partiyamızın buna təkbaşına gücü yetmir. Bunun üçün maddi dəstək lazımdır. Hökumətimiz isə hələ ki düşünür. Ümid edirik ki, nə vaxtsa biz öz planlarımızı həyata keçirib, bütün torpaqlarımızı qaytaracağıq.

Qorqud partiyasının sədri: Firudin Kərimov (Firudin Gilar Bəg)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.