Rusiya niyə NATO-ya üzv olmayıb? – Erməniləri dəstəkləyən Poznerdən açıqlama

3-08-2020, 09:40           
Rusiya niyə NATO-ya üzv olmayıb? – Erməniləri dəstəkləyən Poznerdən açıqlama
Televiziya aparıcısı və jurnalist Vladimir Pozner CDU / CSU fraksiyasından Almaniya Bundestaqının üzvü, Rusiyanın NATO-ya daxil olmasını yenidən müzakirə etməyi təklif edən Kristian Şmidtin açıqlamasına münasibət bildirib.

KONKRET.az xəbər verir ki, televiziya aparıcının açıqlaması Posner Online saytına verdiyi müsahibədə yer alıb.

Rusiyanın AB və NATO-ya daxil olması ideyasını Boris Yeltsinin, daha sonra isə Vladimir Putinin dəstəklədiyini xatırladıb.

“ABŞ və bir sıra Avropa ölkələri bunu istəmirdilər” deyib Pozner.

Onun fikrincə, bu gün Rusiya Şimali Atlantika Alyansına və Avropa Birliyinə qoşulmaqda maraqlı deyil.

“Nə ABŞ, nə də Avropanın əksər ölkələrinin mövqeyi dəyişib”, jurnalist izah edib.

Eyni zamanda, Posner Rusiya ilə Qərb arasındakı bu yaxınlaşmanın xeyirli olacağına inanır, amma bu gün teleaparıcı üçün bu, qeyri-real görünür.

Erməniləri dəstəkləyən Vladimir Pozner üç ölkənin – Rusiya, ABŞ və Fransa vətəndaşlığına malikdir. 1991-1997-ci illərdə teleaparıcı ABŞ-da yaşayıb, burada CNBC-də işləyib, sonra Rusiyaya qayıdıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.