RUS POLKOVNİKDƏN İDDİA: “AZƏRBAYCAN PUA-ları CƏBHƏNİN 7 KM DƏRİNLİYİNDƏKİ ERMƏNİLƏRİN SİLAH ANBARI VƏ QƏRARGAHINI PARTLADIB”

22-09-2020, 11:05           
RUS POLKOVNİKDƏN İDDİA: “AZƏRBAYCAN PUA-ları CƏBHƏNİN 7 KM DƏRİNLİYİNDƏKİ ERMƏNİLƏRİN SİLAH ANBARI VƏ QƏRARGAHINI PARTLADIB”
Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyət gərginləşməkdə davam edir. Dünən Tovuz cəbhəsində bir əsgərimizin şəhid olması, digərinin isə yaralanması durumu daha da ağırlaşdırıb. JAMAZ.İNFO xəbər verir ki, artıq Azərbaycan tərəfi danışıqların heç bir nəticə vermədiyini bəyan edir. Ardından isə dünəndən etibarən ehtiyatda olan zabit və əsgərlərin hərbi təlimə çağırılmasına start verilib.
Bəzi müşahidəçilərin rəyinə görə, son günlər baş verənlər müharibənin ayaq səsləri hesab oluna bilər. Eyni zamanda, bunun üçün son hazırlığın başlandığını iddia edənlər də az deyil. Həmçinin sosial şəbəkələrdə müharibə ilə bağlı müzakirələr də geniş vüsət almağa başlayıb.
Bu əsnada, Rusiya tərəfi maraqlı bir məlumat yayıb. JAMAZ.İNFO xəbər verir ki, həmin məlumatlardan biri olduqca maraqlıdır. Belə ki, Rusiyada yayımlanan “Polit Rossiya” qəzetinə açıqlama verən Federal Təhlükəsizlik Xidmətinin polkovniki, keçmiş KQB-nin terrorçuluqla mübarizə şöbəsinin sabiq rəhbəri Vladimir Luçsenko bildirib ki, sentyabr ayının 7-də Azərbaycana məxsus yeni nəsil PUA-lar cəbhə xəttinin 7 km dərinliyinə girərək, Ermənistan ordusuna məxsus silah anbarı və hərbi qərargahı roket zərbəsi ilə məhv edib.
Qeyd edək ki, Luçsenkonun bu məlumatı Azərbaycan Müdafiə Nazirliyi tərəfindən təsdiqlənməyib. Heç nazirliyin rəsmi saytında da bu barədə heç bir məlumat yoxdur. Maraqlıdır ki, analoji məlumat erməni mətbuatında da yer almayıb. O zaman rus kəşfiyyatçısının belə bir məlumatı necə əldə etməsi qaranlıq qalsa da, təəccüblü hesab olunmamalıdır. Ən azından nəzərə alaq ki, Rusiya FTX-si dünyanın ən aparıcı kəşfiyyat orqanıdır və onun polkovnikinin belə bir məlumat əldə edə bilməsi inandırıcıdır.
FTX polkovniki “Polit Rossiya”ya verdiyi açıqlamasında iddia edib ki, yaxın vaxtlarda Azərbaycan və Ermənistan arasında genişmiqyaslı hərbi əməliyyatların başlayacağı inandırıcı deyil. “Hər iki tərəfin müharibəni başlamaq kimi istəkləri yoxdur. Amma bu qanlı münaqişə davam edəcək və çoxlu təxribatların olacağı gözləniləndir. Qarabağ münaqişəsi ətrafındakı vəziyyət dalana dirənib”.
Luçsenko deyib ki, hazırda münaqişənin müharibəyə çevrilməsinə Rusiya və onun Ermənistandakı “sülhmərmalı qüvvələri” də imkan vermir. “Biz sülhmərmalı olaraq ordayıq. Hərbi Desant Qüvvələrinin bütöv bir polku sərhəddə dayanıb. Düzdür, sülhmərmalılar cəbhə xətti boyunca yerləşə və vəziyyəti nəzarətdə saxlaya bilərlər. Lakin bu, münaqişəniun yox olması, həll edilməsi demək deyil”.
Rus kəşfiyyatının nümayəndəsi bildirir ki, hələlik Rusiyadan sülhmərmalılarla bağlı heç kim xahiş etməyib. “Bu istəyin hansı şəkildə olacağı belə aydın deyil. Çünki hər iki tərəfin özünün konkret mövqeyi və arqumenti var. Belə məsələləri ikilikdə həll etmək daha əlverişlidir. Üçüncü tərəf münaqişəni həll edə bilər, lakin bunun üçün tərəflərin hər iksinin razı olması lazımdır. Tərəflərdən biri sülhmərmalı məsələsinə razılaşmayacaq. Məhz buna görə də, Rusiya tərəflərdən heç birini müharibə etməyə qoymayacaq”
Bu əsnada Azərbaycan Müdafiə Nazirliyi xəbər verək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 33 dəfə pozub.
Nazirliyin rəsmi məlumatında vurğulanır ki, Ermənistan Respublikası Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam və Ağbulaq kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. “Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Kürdlər kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.