PKK 25 nəfərlik qruplar halında Qarabağa daşınır – İşin arxasında Fransanın olduğu iddiaları var

23-09-2020, 23:14           
PKK 25 nəfərlik qruplar halında Qarabağa daşınır –
Kürşad Zorlu

“Habertürk”, Türkiyə, 22 sentyabr 2020-ci il

Uzun müddətdir ki, Türkiyə ilə Azərbaycanın bəzi təhlükəsizlik problemlərinin bütöv, kompleks nöqteyi-nəzərdən baxılaraq, birgə təhlil edilməli olduğunu söyləyirəm. Eyni zamanda iki ölkənin media və xalq diplomatiyası sahəsində etdiyi əməkdaşlığı institutlaşdırmasının önəmini vurğulayıram. Məsələn, saxta “erməni soyqırımı” iddiaları ilə Dağlıq Qarabağ məsələsinin qarşı cəbhə tərəfindən yönləndirilmək istənməsi bunu qaçılmaz edir. Bu yaxınlarda iki ölkənin səlahiyyətli orqanlarının bu yöndə görüşlərə başlaması doğru bir addımdır.

Son dövrlər Azərbaycan Şərqi Aralıq dənizi ilə bağlı tərəddüd etmədən Türkiyənin yanında yer alır, Türkiyə də Qarabağdakı işğala son verilməsi üçün qərarlı bir duruş nümayiş etdirir. Ortaq hərbi təlimlər keçirilir, qəti mesajlar verilir və paytaxt Bakıda binalara Türkiyə bayraqları asılır. Faktiki, zaman keçdikcə bu yaxınlaşmanın haqlı, doğru olduğunu ortaya qoyan hadisələr baş verir.

Belə ki, Ermənistan Azərbaycanın Tovuz bölgəsinə hücum təşkil etməklə cəbhəni genişləndirib, əslində, Qarabağda nəticə almaq istəyir.

Bildiyiniz kimi, ermənilər 1990-cı illərin əvvəlindən Azərbaycan torpaqlarının 20%-ni işğal etmişlər. İndi burada yeni və təhlükəli bir oyun oynamaq istəyirlər. PKK terrorçularını, xüsusilə İran üzərindən, Qarabağ bölgəsinə keçirirlər. Bakıdakı mənbələr, xüsusilə Süleymaniyyə, Diyala (Şimali İraq kürd bölgəsi – tərc.) üzərindən, İranın Kirmanşah bölgəsinə keçən terrorçuların sonra Qarabağa girdiklərini bildirirlər. Onların girişləri əsasən 25 nəfərlik qruplar halında təşkil edilir. PKK bu yolla həm yeni bir kamuflyaj sahəsi əldə edir, həm də türk SİHA-larına qarşı istifadə etmək üçün raket və digər silahlar tələb edirlər.

Məsələ ilə bağlı olaraq, Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri, millət vəkili Tural Gəncəliyevə zəng etdim. O, PKK terrorçularının Ermənistanın işğalı altında olan Qarabağın sərhəddinə gətirildiyini təsdiq etdi və yeni bir hücuma hazırlaşdıqlarını vurğuladı.

Doğrusu, Ermənistanın Orta Şərqdəki terrorçu ünsürləri Qafqaza daşıma həmləsinin Rusiyanın maraqları ilə örtüşəcəyinə əmin deyiləm. Əslində, “gazeta.ru”-nun yazarlarından olan Nikolay Korsakov da “Rusiyanın Suriyaya terrorçulara görə getdiyini, ancaq bu dəfə Paşinyanın əli ilə Türkiyə ilə qarşı-qarşıya gətirilmək istəndiyini” yazır. Korsakova görə, daha da pis olanı isə bu oyunda Fransanın barmağının olma ehtimalıdır…

Məncə, bu, Türkiyə baxımından diqqətlə izlənməli olan bir iddiadır.

Görünən odur ki, Ermənistanın bu təhlükəli oyuna girməsinin təməl səbəbləri bölgədəki xaotik hadisələr, Türkiyənin müxtəlif istiqamətlərdə apardığı mübarizələr və Azərbaycanın səfərbərlik elan etməsidir.

Son olaraq, bura Ermənistanın Türkiyə əleyhdarları ilə əməkdaşlığı genişləndirib, onların üzərinə yeni əleyhdarlar əlavə etmə hədəfini də əlavə edə bilərik./tərcümə Strateq.az/












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.