Zatulin Şoyqunun yalanını ifşa edib – Rusiya Ermənistana tikinti materialları deyil, silah göndərib

25-09-2020, 09:14           
 Zatulin Şoyqunun yalanını ifşa edib –
Dövlət Dumasının MDB işləri üzrə Komitəsinin sədr müavini Konstantin Zatulin Sputnik radiosunun efirində RF müdafiə naziri Sergey Şoyqunun Ermənistana silah göndərilməsi ilə bağlı yalanını ifşa edib.
Bu yaxınlarda Rusiyadan Ermənistana hərbi texnika göndərilməsi ilə bağlı hadisəni şərh edən Zatulin deyib: “Məsələn, bu yaxınlarda Gürcüstan Rusiyanın müqavilə əsasında Gürcüstan ərazisindən tranzitlə keçirməyə çalışdığı hərbi texnikanın Ermənistana göndərilməsinin qarşısını alıb.
Ermənistanın bizimlə ortaq sərhədi yoxdur. Gürcüstan bunu həyata keçirməyə imkan verməyib, buna görə ABŞ dövlət katibi Mayk Pompeo ona təşəkkür edib. Bu, ötən həftə baş verib. Onun təşəkkürü açıq şəkildə ifadə olunub. Bir sözlə, Gürcüstan bizə maneə yaratmağa, ayağımızın altına daş qoymağa davam etdiyi halda, hansı etimaddan və Rusiya ilə hansı münasibətlərdən danışmaq olar?!”.

Xatırladaq ki, Rusiya rəhbərliyi indiyədək Ermənistana hərbi texnika göndərilməsi haqqında bəyanatları təkzib edirdi. Müdafiə naziri Şoyqu isə utanmadan Azərbaycan prezidentinin üzünə baxa-baxa hərbi nəqliyyat təyyarələrinin 2 min kilometr məsafədən Ermənistana tikinti materialları daşıdığı bildirib.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.