Moskva ciddi cəhdlə Bakını dayandırmağa çalışır: Lavrov Moskvadan mesaj verdi......

30-09-2020, 21:30           
Moskva ciddi cəhdlə Bakını dayandırmağa çalışır:
Rusiya Xairic İşlər naziri Sergey Lavrovun Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan Xarici İşlər naziri Zohrab Mnatsakanyanla telefon danışığı olub.

Unikal.org xəbər verir ki, telefon danışığı zamanı Dağlıq Qarabağdakı vəziyyət müzakirə edilib.

Rusiyalı XİN başçısı tərəfləri sülhə və silahlı mübarizədən çəkinməyə çağırıb. Lavrov genişmiqyaslı hərbi əməliyyatlardan narahat olduğunu dilə gətirib.
Bundan əlavə tərəflərə Rusiyanın Moskva platformasının danışıqlar üçün hazır olduğu bildirilib.

Lavrov Azərbaycan və Ermənistanın danışıqlar masasına qayıtmalı olduğunu qeyd edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.