"Putinin aşbazı" kimi tanınan biznesmen Paşinyanı və Ermənistanı "vurdu"

1-10-2020, 16:53           
"Putinin aşbazı" kimi tanınan biznesmen Paşinyanı və Ermənistanı "vurdu"
Rusiyada və ondan kənarlarda "Putinin aşbazı" kimi məşhuryaşan iş adamı Yevgeni Priqojin Qarabağda hərbi eskalasiyanın şiddətlənməsinin günahkarının Ermənistan, xüsusilə də bu ölkənin ABŞ-la işvə-naz içində olaraq, Rusiyaya arxa çevirən baş naziri Nikol Paşinyan olduğunu bildirib.

Qarabağda gedən müharibədən və Rusiyanın bu savaşa qatılmaq ehtimalından danışan Priqojin rusiyalı jurnalistlərə deyib ki, birincisi, Dağlıq Qarabağ Azərbaycan ərazisidir, ikincisi, Rusiya Azərbaycan ərazisində, yəni "DQR"-də hərbi əməliyyatlar aparmaq üçün hüquqi əsaslara malik deyil.

"Rusiya 1998-ci ilə qədər, amerikalıların Ermənistanda inqilab edərək Paşinyanı hakimiyyətə gətirənə qədər Ermənistanı və Azərbaycanı danışıqlar masası arxasında oturda bilirdi. Hazırda Ermənistanda ABŞ QHT-ləri erməni hərbi hissələrindən çoxdur. Ona görə də Paşinyan güzgüdən yox, öz əyri sifətindən küssün".

Priqojin deyib ki, Paşinyan erməni xalqını aldadıb və hazırkı situasiyada onu müdafiə edə bilmir.
Musavat.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.