Düşmənin saxta informasiya hücumlarının qarşısını almaq üçün sayt yaradıldı

31-10-2020, 11:20           
Düşmənin saxta informasiya hücumlarının qarşısını almaq üçün sayt yaradıldı
Düşmənin Azərbaycan xalqı arasında inamsızlıq və çaşqınlıq yaratmaq məqsədilə internet resurslarında və sosial şəbəkələrdə saxta-feyk xəbərlərinin qarşısının alınması üçün yeni sayt yaradılıb.

Kütləvi şikayətin təmin olunması məqsədilə yaradılan www.fake.az internet saytı fəaliyyətə başlayır.

Belə ki, istifadəçilər sayta qeydiyyatsız daxil olaraq şikayət olunan hesabların linkini bazaya əlavə edə biləcək.

Həmçinin bazaya daxil edilmiş linklər vasitəsilə aidiyyəti üzrə feysbuk, teleqram, apple, ququl və s. şikayət etmək və bazaya daxil edilmiş şikayətlərin səbəbləri ilə tanış olmaq mümkündür.

Əlavə olaraq, teleqram mobil tətbiqində @FakeazBot-dan istifadə edərək şikayət olunan hesabların linkini bazaya daxil etmək mümkündür.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.