Çin Azərbaycana təmənnasız hərbi yardım edəcək - Sərəncam

5-05-2015, 00:05           
Çin Azərbaycana təmənnasız hərbi yardım edəcək - Sərəncam
Prezident İlham Əliyev bu gün növbəti sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, budəfərki sərəncam Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Çin Xalq Respublikasının Müdafiə Nazirliyi arasında Çin Xalq Respublikası tərəfindən Azərbaycan Respublikasına təmənnasız hərbi yardım göstərilməsindən bəhs edir:

1. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Çin Xalq Respublikasının Müdafiə Nazirliyi arasında Çin Xalq Respublikası tərəfindən Azərbaycan Respublikasına təmənnasız hərbi yardım göstərilməsi haqqında Sazişə 2015-ci il fevralın 2-də Bakı şəhərində imzalanmış Əlavə Protokol təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən Əlavə Protokolun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Əlavə Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çin Xalq Respublikası Hökumətinə bildiriş göndərsin".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.