Azərbaycanla münasibətlərin uzunmüddətli nizamlanması üçün sülh müqaviləsinin imzalanmasını zəruridir.
Teref.az Axar.az-a istinadla xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronla görüşündən sonra mətbuata açıqlamasında deyib.
Paşinyanın sözlərinə görə, bu sənəd MDB-nin 1991-ci il 8 dekabr tarixli sazişi çərçivəsində sərhədlərin qarşılıqlı tanınması əsasında imzalanmalıdır:
"Ermənistan ölkələrin milli qanunvericiliyinə uyğun olaraq regionda kommunikasiyalar açmağa və yeni kommunikasiyalar qurmağa hazırdır", - Paşinyan Parisdə Fransa prezidenti Emmanuel Makronla birgə mətbuat konfransında bildirib.