ABŞ Venesuela qarşı sanksiyaları ləğv edib

27-11-2022, 21:35           
ABŞ Venesuela qarşı sanksiyaları ləğv edib
Amerika Birləşmiş Ştatları Venesuela hakimiyyət orqanları ilə müxalifət arasında razılaşmaların əldə olunmasına cavab olaraq bu ölkəyə qarşı neft sanksiyalarını yumşaldıb.

Bu barədə ABŞ Maliyyə Nazirliyi açıqlama yayıb.

Belə ki, artıq ABŞ “Chevron” şirkətinə altı ay müddətində Venesuelada neft hasil etmək və neft məhsulları istehsal etmək, həmçinin ABŞ bazarına çatdırmaq imkanı verən lisenziya verib.

ABŞ Maliyyə Nazirliyinin yaydığı açıqlamada həmçinin qeyd olunur ki, bu tədbirlər Venesuela xalqının rifahına hesablanıb və hökumətin demokratiyanın bərpasına yönəlik siyasətinə müsbət cavabdır.

Mənbə: 1prime.ru












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.