İsa Qəmbərdən mitinqdə Arif Hacılıya - Açıq mesaj

18-09-2016, 21:33           
İsa Qəmbərdən mitinqdə Arif Hacılıya - Açıq mesaj
İsa Qəmbər Fərəc Kərimlini Müsavat Partiyasının başqanı kimi təqdim edib.

Aznyus.az xəbər verir ki, o, çıxışı zamanı Fərəc Kərimlini Müsavat Partiyasının başqanı kimi təqdim edib.

Daha sonra səhvini düzəldərək deyib ki, müavindir, lakin başqanı da ola bilər nə fərqi var.

Millət vəkili Elman Nəsirov İsa Qəmbərin bu çıxışını şərh edərkən bildirib ki, Müsavat Partiyasının bu gün keçirilən mitinqində səsləndirilən fikirlər hələ uzun müddət mətbuatın gündəmində qalacaq: “Hesab edirəm ki, İsa Qəmbərin Fərəc Kərimlini Müsavatın başqanı adlandırmasında təsadüfi heçnə yoxdur. Sadəcə olaraq İsa Qəmbərlə Arif Hacılı arasında uzun müddətdir yaranmış konfilikt nəhayət ki, açıq müstəviyə çıxıb. 2 il bundan öncə narkotik vasitələrin əldə olunması və saxlanılmasına görə, həbs edilmiş Fərəc Kərimlinin Müsavat başqanı kimi təqdim olunması onu göstərir ki, İsa Qəmbər Arif Hacılını başqan kimi qəbul etmir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.