Səfir Arif Məmmədov prezidentliyə namizədliyini irəli sürdü

13-06-2015, 20:03           
Səfir Arif Məmmədov prezidentliyə namizədliyini irəli sürdü
İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı missiyasının keçmiş rəhbəri Arif Məmmədov sensasion bəyanatla çıxış edib.

Virtualaz.org saytının xəbərinə görə, sabiq səfir bəyan edib ki, Azərbaycan prezidenti postuna namizədliyini irəli sürür. O, özünün “Azərbaycan-2025” adlı siyasi proqramını da açıqlayıb.

“Başlanğıc kimi ölkəni böhrandan çıxarmaq üçün “Azərbaycan-2025” milli proqramını, yəni ölkənin yaxın 10 ildəki gələcəyinə dair baxışlarımı hazırlamaq istəyirəm. İstəyirəm ki, mənim xalqım belçikalı və norveçlilərdən, fransız və almanlardan pis yaşamasın” - deyə A.Məmədov öz facebook səhifəsində yazır.

“Yazmışam ki, mənə bu ideyanı həyata keçirmək üçün siyasi partiya və ya hər hansı başqa struktur lazım deyil. Mənə bu proqramı hazırlamaqda kömək edə biləcək 10-20 adamdan ibarət beyin mərkəzi lazımdır. Lakin bu layihədə harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı iştirak etməlidir. Məsləhətləşmələrə xarici ekspertlər də cəlb oluna bilərlər” - deyə sabiq səfir yazır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.