İlham Əliyev səfirin ölümü ilə bağlı Putinə başsağlığı verdi:"Bu qanlı terror cinayətini qətiyyətlə və qeyd-şərtsiz pisləyirik"

20-12-2016, 10:11           
İlham Əliyev səfirin ölümü ilə bağlı Putinə başsağlığı verdi:"Bu qanlı terror cinayətini qətiyyətlə və qeyd-şərtsiz pisləyirik"
Ölkə Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı məktubu göndərib.
Gununsesi.info-nun məlumatına görə, başsağlığında deyilir:
“Hörmətli Vladimir Vladimiroviç,
Rusiya Federasiyasının Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Andrey Gennadyeviç Karlovun faciəli ölümü barədə xəbər məni dərindən sarsıtdı.
Biz bu qanlı terror cinayətini qətiyyətlə və qeyd-şərtsiz pisləyirik. Sizə, həlak olmuş səfirin ailəsinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.