"Avropa Oyunları hərəkatının taleyi Bakıdakı oyunların nəticələrindən asılı olacaq"

15-06-2015, 13:32           
"Avropa Oyunları hərəkatının taleyi Bakıdakı oyunların nəticələrindən asılı olacaq"
“Birinci Avropa Oyunları yüksək səviyyədə təşkil olunub”.

AP-nın məlumatına görə, bunu Rusiya Olimpiya Komitəsinin mətbuat katibi Konstantin Vıbornov "Vestnik Kavkaza" saytına açıqlamasında deyib.

Onun sözlərinə görə, təşkilati işlər ən yüksək səviyyədə görülüb: “Birinci Avropa Oyunları qonaqlar və iştirakçıların gözlədikləri kimi yarışların statusuna tam uyğundur. Aydın məsələdir ki, bu oyunlar ilk dəfə keçirildiyindən onun uğurlu olacağına dair müəyyən şübhələr var idi. Ancaq ilk günlər göstərdi ki, təşkilatçılıq çox yüksək səviyyədədir”.

Mətbuat katibi həmçinin bildirib ki, oyunlar zamanı hər hansı problem ortaya çıxırsa, təşkilatçılar onu dərhal aradan qaldırırlar: “Bu çox çevik və operativ şəkildə həyata keçirilir. Buna görə də hər kəsin təəssüratı müsbətdir”.

K. Vıbornov onu da əlavə edib ki, Avropa Oyunları hərəkatının taleyi Bakıdakı oyunların nəticələrindən asılı olacaq: “Hər şey uğurlu olsa, gələcəkdə bu nüfuzlu yarışın bu və ya digər ölkədə təşkili üçün ciddi rəqabət müşahidə olunacaq. Hamı onu öz ölkəsində keçirmək uğrunda mübarizə aparacaq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.