“XX əsrin əvvəlində çar Rusiyasında tərtib olunan xəritələrdə bir erməni toponimi tapmaq mümkün deyil” - Azərbaycan prezidenti

10-04-2015, 17:08           
“XX əsrin əvvəlində çar Rusiyasında tərtib olunan xəritələrdə bir erməni toponimi tapmaq mümkün deyil” - Azərbaycan prezidenti
“Biz Ermənistana qarşı daha da fəal mübarizə aparmalıyıq və aparırıq. Bütün beynəlxalq və regional layihələrdən Ermənistanı təcrid etmişik”.

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bunu Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Dövlət başçısı deyib ki, Ermənistanın rəsmi statistik məlumatlarına görə, əhalinin 30 faizi yoxsulluq, səfalət içərisində yaşayır: “Amma real göstərici 50-60 faizdir. Ermənistanın rəsmi məlumatına görə, hər il ölkədən 50-60 min insan həmişəlik köçür. Amma bizdə olan məlumat göstərir ki, hər il Ermənistandan köçənlərin sayı 100 minə yaxındır. Yəni tarixi Azərbaycan torpaqlarında yaradılan Ermənistan dövlətində bir neçə ildən sonra erməni əhalisi qalmayacaq”.

Prezident İlham Əliyev qeyd edib ki, bizim cəmiyyətimiz, xüsusilə gənc nəsil Ermənistanın tarixi Azərbaycan torpaqları üzərində qurulduğunu heç vaxt unutmamalıdır: “Bu, bizim tarixi, dədə-baba torpaqlarımızdır, bütün toponimlər Azərbaycan mənşəlidir. Bunun üçün XX əsrin əvvəlində çar Rusiyasında tərtib olunan xəritələrə baxmaq kifayətdir, o xəritələrdə bir erməni toponimi tapmaq mümkün deyil. İndiki Ermənistan ərazisinin 80 faizindəki kəndlər Azərbaycan adlarını daşıyırdı. Bu, bizim tarixi torpaqlarımızdır və biz mütləq o torpaqlara qayıdacağıq, başqa cür mümkün deyil. Bu, bizim strateji hədəfimizdir və bu hədəfə çatmaq üçün çalışırıq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.