“Lavrovun bəyanatında oyun elementləri var” - politoloq

13-04-2015, 10:44           
“Lavrovun bəyanatında oyun elementləri var” - politoloq
“Həm Ermənistanın bir müttəfiqi kimi, həm də Minsk Qrupunun həmsədri və digər həmsədrlər kimi dəfələrlə tamamilə boş, əsassız bəyanatlar verirlər”.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib. O, Azərbaycanın artıq bu cür yersiz bəyanatlardan doyduğunu bildirib:

“Çünki iş görməkdən çox bəyanat yaymaqla məşğuldurlar. Lavrovun İrəvanı Təhlükəsiz Kollektiv Müqaviləsi Təşkilatı çərçivəsində dəstəkləyəcəklərini bildirməsi çox absurddur. İş orasındadır ki, Azərbaycanın Ermənistana hücum etmək kimi bir fikri yoxdur. Moskva İrəvanı kimdən müdafiə etmək istəyirsə etsin, bu, onların öz işidir. İşğalçılardan fərqli olaraq Azərbaycan öz torpaqlarını azad etmək istəyir. Bunun Ermənistana heç bir aidiyyəti yoxdur. Çünki işğal altında saxlanılan torpaqlar Azərbaycana məxsusdur, bu, beynəlxalq strukturlar tərəfindən tanınan bir fakt və reallıqdır. Bunun müqabilində Ermənistana hansısa bir dəstək verilməsi gülüş doğurur. Axı Azərbaycan Ermənistana hücum etmir. Əksinə hücuma, işğala və soyqırıma məruz qalan bizik. Əminəm ki, Lavrov bunu çox yaxşı başa düşür və onun bəyanatında oyun elementləri var. Guya İrəvanı müdafiə edəcəklərini bildirir, ancaq elementləri açmır. Görünür, auditoriyaya çatdırmaq istəyirlər ki, Moskva yenidən İrəvanın arxasındadır. Onu da deyim ki, bütün bunların hamısı sadəcə bir oyundur”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.