Bakı meriyası Müsavatın yürüş keçiriməsinə razılıq vermədi

14-04-2015, 15:45           
Bakı meriyası Müsavatın yürüş keçiriməsinə razılıq vermədi
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının aprelin 19-na təyin etdiyi etiraz yürüşünü məqsədəuyğun hesab etməyib.

Müsavat Partiyasının Divan üzvü Razim Əmiraslanlı APA-ya açıqlamasında bildirib ki, bu gün BŞİH-ə dəvət edilib: “Bakı Şəhər İcra Hakimiyyəti İctimai-siyasi şöbəsinin müdiri Zaur Ramazanovla görüşdüm. Bizə bildirdilər ki, “20 Yanvar” metro stansiyasından keçmiş “Məhsul” stadionuna yürüş məqsədəuyğun deyil. Çünki avtomobillərin hərəkətinə və insanların gediş-gəlişinə mane ola bilər. Təklif etdilər ki, keçmiş “Məhsul” stadionunda mitinq keçirilməsi ilə bağlı müraciət olsa, baxıla bilər”.

R. Əmiraslanlı hazırda partiya rəhbərliyinin müzakirə apardığını və yekun qərarın veriləcəyini açıqlayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.