Ayaz Mütəllibov deputatlığa namizəd ola bilər: - “Siyasətdə təcrübəm var”

16-04-2015, 12:05           
Ayaz Mütəllibov deputatlığa namizəd ola bilər: - “Siyasətdə təcrübəm var”
“Bu il keçiriləcək parlament seçkilərində deputatlığa namizədliyimi irəli sürmək barədə hələ düşünməmişəm”.

Bunu Modern.az saytına açıqlamasında Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov deyib.

Eks-prezidentin sözlərinə görə, deputat olması üçün şərait yaranarsa, bunu dəyərləndirə bilər:

“Düzdür, indi də nəsə etmək olar. Çünki siyasətdə təcrübəm var. Ancaq şəraitə baxmalıyıq. Görək, nə olacaq. Deputat olmaq istəyim barədə konkret nəsə deyə bilmərəm. Amma müxtəlif sahələrdə vətənə xidmət etmək olar. İllər boyu zəhmət çəkən insan üçün təqaüdə çıxmaq çox çətin məsələdir. Sovet dövründə elə adamlar olub ki, istefaya gedəndən bir-iki ay sonra dünyalarını dəyişiblər. Çünki daim aktiv siyasətlə məşğul olan insan üçün passiv həyata başlamaq asan deyil”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.