Ağdaşdan bankir-deputata çağırış: - "Sən bizi ancaq borca salmısan, Ağdaşa gəlmə!"

1-09-2015, 17:05           
Ağdaşdan bankir-deputata çağırış: - "Sən bizi ancaq borca salmısan, Ağdaşa gəlmə!"
Redaksiyamıza bir qrup Ağdaş rayon sakini adından müraciət daxil olub. DİA.AZ-a yazan narazı ağdaşlılar bildirir ki, 90 saylı Ağdaş seçki dairəsinin deputatı, "AzəriQaz" Bankın Müşahidə Şurasının sədri Çingiz Əsədullayev yenidən onların dairəsindən namiəd olacaqsa, bu zaman bütün ağdaşlılar hazırki deputatlarının əleyhinə səs verəcəklər.

Sakinlər dia.az-a yazır: "Çingiz Əsədullayev hər yerdə deyir ki, Ağdaş üçün, ağdaşlılar üçün iş görüb. Biz sual veririrk: Nə edib? Banklarmı açıb?

Onun sayəsində bu gün Ağdaşda banka borcu olmayan, kredit problemi olmayan adam yoxdur. Çingiz Əsədullayevə isə mətbuat vasitəsilə bunu deyirik: Sən bizi ancaq borca salmısan. Ağdaşa gəlmə. Gəlsən, deputat ola bilməyəcəksən. Seçicilərin sənə üysan edəcək".

Onu da qeyd edək ki, müraciətlərində Ağdaş sakinləri hakim Yeni Azərbaycan Partiyasına da xitab edərək, layiqli namizəd göndərilməsini xahiş ediblər.

Qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.