"Arzu edirəm ki, Qarabağ tez bir zamanda işğaldan azad olunsun" - İranlı müctəhid

1-09-2015, 17:38           

Qarabağ qədim Azərbaycan torpağıdır və arzu edirəm ki, tez bir zamanda işğaldan azad olunsun.

Modern.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsində (QMİ) QMİ-nin dəvəti ilə Azərbaycanda səfərdə olan İran İslam Respublikasının tanınmış din xadimi, mərceyi-təqlid alimi, Ayətullahül-üzma Şeyx Hüseyn Nuri Həmədani jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, qədim tarixə malik Azərbaycanda olmağından çox şaddır: "Məni bu ölkəyə dəvət etdiklərinə görə, Azərbaycan Prezidentinə, Şeyxulislam Allahşükür Paşazadəyə təşəkkür edirəm. İslam dini bərabərlik dinidir.

Mən Azərbaycanda bu bərabərliyi bir daha gördüm. İndiki dövrdə müsəlmanların vəhdəti hər zamankından daha mühüm əhəmiyyət kəsb edir.

Quranın da hökmüdür ki, müsəlmanlar qeyri-din qarşısında sərt, bir-birilə isə möhkəm vəhdətə və birliyə malik olmalıdırlar. Allaha şükür edirəm ki, səfərimdə bu məqsədə nail olmuşam".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.