Vasif Talıbovdan yeni təyinat - Sərəncam

2-09-2015, 11:26           
Vasif Talıbovdan yeni təyinat - Sərəncam
Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisi sədri Vasif Talıbov Natəvan Qədimovanın Naxçıvan MR-in mədəniyyət və turizm naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Report xəbər verir ki, sərəncamla Natəvan Tofiq qızı Qədimova Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri təyin edilib.

N.Qədimova indiyədək Naxçıvan MR mədəniyyət və turizm nazirinin müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, bundan əvvəl Naxçıvan MR-də mədəniyyət və turizm naziri vəzifəsini Sarvan İbrahimov tutub. O, keçən ay vəzifəsindən azad edilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.