Gürcüstanda onlar prezident olmaq istəyir – Rekord namizəd

23-09-2018, 17:02           
Gürcüstanda onlar prezident olmaq istəyir – Rekord namizəd
Oktyabrın 28-də Gürcüstanda keçiriləcək prezident seçkilərində 25 namizəd iştirak edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Məlumata görə, namizədlərin qeydiyyatı başa çatıb və prezident postu uğrunda ümumilikdə qeyd olunan sayda namizəd mübarizə aparacaq. Onlardan 19-u siyasi partiyaları, 6-sı isə təşəbbüs qruplarını təmsil edir.

“Cəmi 46 nəfər prezident seçkilərində iştirak etmək istədiyini bildirib, müxtəlif hüquqi əsaslar üzrə onlardan 21-nin namizədliyinin qeydə alınmasından imtina edilib”, – komissiyanın açıqlamasında deyilir.

Prezident seçkilərində müstəqil namizəd, keçmiş xarici işlər naziri Salome Zurabişvili, keçmiş xarici işlər naziri, birləşmiş müxalifətin namizədi Qriqol Vaşadze, Leyboristlər Partiyasının lideri Şalva Natelaşvili, “Avropa Gürcüstanı” Partiyasının namizədi David Bakradze, “Tikinti Hərəkatı” Partiyasının lideri David Usupaşvili və başqaları iştirak edəcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.