Fransa prezidenti ABŞ-a qarşı çıxıb - İRANA DƏSTƏK OLDU

26-09-2018, 08:02           
Fransa prezidenti ABŞ-a qarşı çıxıb - İRANA DƏSTƏK OLDU
ABŞ prezidenti Donald Tramp anlamalıdır ki, İranı neft ixracından məhrum etmək, yanacaq xammalının qiymətinə mənfi təsir göstərir.
Teref.az xəbər verir ki, bunu çərşənbə axşamı Fransa prezidenti Emmanüel Makron Nyu-Yorkda BMT Baş Assambleyasında çıxışından sonra keçirdiyi mətbuat konfransında deyib.

"Trampın neftin qiymətlərinin artması ilə bağlı fikirləri məni maraqlandırdı. Düşünürəm ki, o, düşüncəsini sonadək inkişaf etdirsə, görəcək ki, neftin qiymətinin [düşməsi] üçün İranın onu sata bilməsi yaxşı olardı", - deyə Makron bildirib.

"Bu həm dünya, həm də neft qiymətləri üçün yaxşı olardı", - deyə o əlavə edib.

Bununla yanaşı Fransa prezidenti qeyd edib ki, "neftin qiyməti məsələsində həmişə siyasət mövcud olub".

"Lakin yaxşı olardı ki, iqtisadiyyat üstünlük təşkil etsin", - deyə Makron söyləyib.

Report












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.