Azərbaycan buna görə ABŞ-a nota verməlidir... - FOTO

11-10-2018, 09:11           
Azərbaycan buna görə ABŞ-a nota verməlidir... - FOTO
Amerikanın Kaliforniya ştatının Fresno şəhərindən erməni mənşəli 22 həkim artıq 3-cü dəfə Azərbaycanın dövlət sərhədini pozaraq işğal altındakı torpaqlarımıza gəlib.

Moderator.az xəbər verir ki, separatçı nəşrlərin yazdığına görə, tibb işçiləri Ermənistanın Fresnodakı fəxri konsulunun təşəbbüsü ilə oktyabrın 8-12-də Xankəndi xəstəxanalarında yüzlərlə ermənini pulsuz müayinə, müalicə və əməliyyat edəcək. Artıq ayın 8-9-da 11 həkimdən ibarət qrup 190 xəstəni müayinə edib və yalnız bircə gündə 8 ermənininin əməliyyatını həyata keçirib. Ümumilikdə 65 əməliyyat planlaşdırılıb.

Özləri ilə pulsuz dərman da gətirən ABŞ vətəndaşı olan erməni həkimlərin sözlərinə görə, Azərbaycanın işğal altlndakı torpaqlarında yaşayan soydaşları əsasən qan təzyiqi, şəkər və astmadan əziyyət çəkirlər.

Bir sözlə, ABŞ vətəndaşı olan daha bir qrup həkimin Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü pozan, mütəmadi olaraq dinc sakinlərimizi atəşə tutan, qoca, qadın və uşaqları qətlə yetirən separatçı, terrorçu erməni rejiminə pulsuz xidmət göstərdiyi göz önündədir...
P.S. ATƏT-in Minsk qrupunun həmsədri də olan ABŞ-ın Azərbaycandakı səfirliyinə bu haqda sorğu göndərsək, standart cavab verəcəklər:”ABŞ dövlətinin kaliforniyalı həkimlərin bu səfərindən qətiyyən xəbəri yoxdur və onların Dağlıq Qarabağdakı quruma münasibəti dövlətimizin rəsmi mövqeyini əks elətdirmir...”
Amma təsadüfən bir “HAMAS”, yaxud “Hizbullah” döyüşçüsü Bakı xəstəxanasına gəlib çıxsa, İsraillə bərabər bütün dünyanı ayağa qaldırarlar...

шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.