Qadını kim rüsvay etdi? - QALMAQAL

8-11-2018, 12:29           
Qadını kim rüsvay etdi? - QALMAQAL
Üzərində müştərinin şəklinin və ona dair şəxsi məlumatların əks olunduğu vərəqlərin yayılması ilə bağlı son günlərdə KİV-lərdə yayılmış xəbərlərə görə ABC-TelecKom MMC heç bir məsuliyyət daşımır.

Şirkətdən Axar.az-a verilən məlumata görə, hər zaman müştərilərin şəxsi məlumatlarının, həmçinin, kommersiya sirri hesab olunan bütün məlumatların gizli saxlanılması məsələsinə ciddi yanaşılır.

“Bu kimi məlumatlar qanunla müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü şəxslərə ötürülmür. Belə məlumatların sözügedən formada yayılması reputasiyamıza xələl gətirər.

KİV-lərdə yayılan fotoda bunu təşkil edənlərin qeyri-peşəkarığı açıq-aşkar görünür. Tarixin 5 noyabr 2018-ci il kimi göstərildiyi sənəddə əks edilən “Kontakt Home” mağazalar şəbəkəsinə aid loqo artıq 2 ildən çoxdur ki, tərəfimizdən istifadə olunmur”, - məlumatda bildirilib.

Şirkət onu da qeyd edib ki, sözügedən məsələ ilə bağlı qanunlar çərçivəsində addımlar atılacaq:

“Bir daha vurğulamaq istərdik ki, müştərilərlə qarşılıqlı razılığa gəlinməsi mümkün olmayan bütün mübahisəli məsələlər hüquqşünaslarımız tərəfindən Azərbaycan Respublikasının qüvvədə olan qanunları çərçivəsində məhkəmə qaydasında həll olunur. Güman edirik ki, bu aksiya şirkətimizi sevməyənlər tərəfindən təşkil olunub və biz öz növbəmizdə bu hadisənin araşdırılmasından ötrü səy göstərməyə hazırıq. Biz müştərilərimizə zəmanət veririk ki, onların heç bir şəxsi məlumatları tərəfimizdən yayılmayıb və bundan sonra da yayılmayacaq. ABC-Telekom MMC olaraq bu təxribat xarakterli addımı atanların şəxsiyyətlərinin müəyyən olunmasında hər kəsdən çox məhz biz maraqlıyıq”.

Qeyd edək ki, bir neçə gün öncə mətbuatda “ABC Telekom” şirkətinin 1583 manat borcunu ödəməyən qadının şəklini Səbail rayonu ərazisində yerləşən binalara yapışdırması haqqında məlumat və fotofakt yayılmışdı.
шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.