İnqilabi yeniliklər: pensiya 35%, gəlir 48% artır - Nazir

17-11-2018, 19:35           
İnqilabi yeniliklər: pensiya 35%, gəlir 48% artır - Nazir
Pensiya verilməsinin avtomatlaşdırılması pensiya sistemində inqilabı dəyişiklik olacaq.

Axar.az xəbər verir ki, bu sözləri nazir Sahil Babayev bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, artıq vətəndaşlar pensiyaya çıxarkən müxtəlif dövlət qurumlarına getməyə məcbur qalmayacaq:

“İnsanlar pensiyaya çıxan zaman bürokratik əngəllərə məruz qalmadan işlərini həll edəcəklər. Yanvar ayının 1-dən 67 min insan elektron sistem vasitəsilə pensiya alacaq. Əgər qanun parlament tərəfindən təsdiq olunsa, pensiya yaşına çatanda onlarla dövlət özü əlaqə saxlayacaq. Bu, çox inqilabi bir işdir. Artıq pensiya yaşına çatan şəxslər avtomatik olaraq pensiyaya çıxa biləcək. Belə bir sadələşmə gərgin hesablamaların nəticəsində meydana gəldi. Birbaşa Prezidentin təşəbbüsü ilə bu layihəyə başlanıldı. Gələn il 67 min insan eletron qaydada təyinatını alacaq”.

S.Babayev vurğulayıb ki, 44500 nəfər pensiyaçının pensiyası 35% artacaq:

“38 min insanda pensiya hüququ yaranacaq, 93 min insanın gəlirlərində 48 faiz artım olacaq. Orta aylıq pensiya məbləğinin artacağını deyə bilərik”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.