Deputatın aldatdıqları Milli Məclisə üz tutur - Rafael Cəbrayılovdan kütləvi şikayətlər

11-12-2018, 07:21           
Deputatın aldatdıqları Milli Məclisə üz tutur - Rafael Cəbrayılovdan kütləvi şikayətlər
Deputatın aldatdıqları Milli Məclisə üz tutur - Rafael Cəbrayılovdan kütləvi şikayətlər


Deputat Rəfael Cəbrayılovun fırıldağına məruz qalan çoxsaylı vətəndaşlar Milli Məclisin qarşısında aksiya planlaşdırırlar.
Terefl.az yenicag.az-a istinadən xəbər verir ki, deputat Rəfael Cəbrayılovun dələduzluq yolu ilə aldatdığı vətəndaşlar problemlərinin həlli üçün başqa variantlarının qalmadığını bildiriblər.

Məlumata görə, deputata məxsus olan tikinti şirkətindən ev alan çox sayda vətəndaş az sonra böyük dələduzluqla üzləşdiklərini başa düşüblər. Şirkətin eyni mənzili bir neçə vətəndaşa satması onları çıxılmaz duruma salıb.

Pulunu ödədikləri yeni mənzili əldə edə bilməyən şikayətçilər deputatın şirkətinə ödədikləri vəsaiti də geri ala bilmirlər.

Qeyd olunur ki, deputat Rəfael Cəbrayılova məxsus şirkətin vətəndaşlara yaratdığı bu problem haqqında məlumat artıq yüksək dövlət instansiyalarına da yetişib və aidiyyatı orqanlar müvafiq araşdırma aparırlar.

Deputatın dələduzluğuna məruz qalan vətəndaşlar isə Milli Məclisin qarşısında etiraz aksiyası keçirərək, Rəfael Cəbrayılovun mandatdan məhrum olunmasını tələb etməyə hazırlaşırlar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.