Abdolbari Goozalın verdiyi açıqlama yanlış anlaşılıb - “Azersun Holding” öz rəhbərinin dediklərini "malalayır"...

11-12-2018, 12:12           
Abdolbari Goozalın verdiyi açıqlama yanlış anlaşılıb - “Azersun Holding” öz rəhbərinin dediklərini "malalayır"...
“Azersun Holding” MMC-nin İdarə Heyətinin sədri Abdolbari Goozalın “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC-nin (İmişli Şəkər Zavodunun idarəçisi) səhmlərinin İPO-ya (Initial Public Offering – İlkin Kütləvi Təklif) çıxarılması ilə bağlı verdiyi açıqlama yanlış anlaşılıb.

“Report” xəbər verir ki, bu barədə holdinqin yaydığı müraciətdə bildirilir.

“A.Goozal şirkətinin səhmlərini orta təbəqəyə aid insanların və məmurların alacağını qeyd edib. Türk dilində “Məmur” sözü Azərbaycan dili ilə müqayisədə fərqli məna kəsb etməkdədir və “orta, alt təbəqə dövlət qulluqçuları” deməkdir. A.Goozal də açıqlamasında sahibkarlarla yanaşı bu zümrəni nəzərdə tutub”, - deyə müraciətdə qeyd olunub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.