“Bakı-Sumqayıt yolundakı sürüşmənin məsuliyyəti bizlik deyil” - Hacıbala Abutalıbov da boynundan atdı

16-10-2015, 12:01           
“Bakı-Sumqayıt yolundakı sürüşmənin məsuliyyəti bizlik deyil” - Hacıbala Abutalıbov da boynundan atdı
Son günlərin ən aktual məsələlərindən biri Bakı-Sumqayıt yolunun sürüşməsidir. Ən işlək magistrallardan birində təhlükəli çatların yaranması paytaxtın yol infrastukturunda ciddi problemlərin olduğunu deməyə əsas verir. Maraqlıdır ki, şəhər meriyasına rəhbərlik edən cənab Hacıbala Abutalılbov hələki məsələyə münasibət bildirməyib.

Modern.az saytı Bakı meri ilə əlaqə saxlayaraq, ondan sürüşmə problemi bağlı qənaətlərini soruşub. Ancaq Hacıbala müəllim “bu problemin bizə aiddiyyatı yoxdur, siz yenə də meriyanın mətbuat xidmətinə zəng edin” deməklə məsələyə münasibət bildirmək istəmədi.

“Bakı-Sumqayıt yolunun sürüşməsi ilə əlaqədar konkret nəsə deyə bilmərik. Çünki avtovağzalın qarşısındakı Bakı-Sumqayıt yoluna biz baxmırıq. Ona görə də yolun sürüşməsi məsələsini araşdırmaq Bakı Şəhər İcra Hakimiyyətinə aid deyil”.

Bunu Modern.az saytına Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən deyiblər.

Mətbuat xidmətindən bu ilin mayında Binəqədi rayonu ərazisində yanmış 16 mərtəbəli binanın təmirdən sonrakı vəziyyəti, sakinlərin evlərinə köçməkdən imtina etməsi məsələsinə də aydınlıq gətirilib.

“Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov gündəlik olaraq Binəqədi ərazisində yanmış binanın sakinlərilə də, onların problemlərilə də tanış olur. Bu iş Hacıbala müəllimin gündəlik iş rejiminə daxildir. İkinci bir məsələ təmirdən sonra sakinlərin binaya köçməkdən imtina etməsidir. Həmin binada iki mənzil var ki, o mənzillərin sakinləri binaya köçməkdən imtina ediblər. Onların məsələsi araşdırılır. Binaya köçməkdən imtina edənlərə başqa bir yerdə mənzil təklif olunub”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.