Keçmiş icra başçısını qoruyan "sirli əl"... - İTTİHAM

12-01-2019, 12:27           
Keçmiş icra başçısını qoruyan "sirli əl"... - İTTİHAM
Gədəbəy rayonundan Oktay Əliyev adlı şəxs redaksiyamıza müracət edib. Rayonun keçmiş icra başçısı Ramiz Yediyarov tərəfindən hüquqları pozulmuş bu şəxs keçmiş başçının vəzifəsindən azad edilməsindən sonra rayonda baş verən xoşagəlməz hadisələr barədə məlumat verib. O.Əliyevin söylədiklərini olduğu kimi nəzərinizə çatdırırıq:

“Cənab Prezident bizim kimi insanların səsinə səs verərək 01 iyun 2018 ci il tarixdə R.Yediyarov adlı cinayətkarı rayon rəhbərliyindən rədd etdi. Bütün rayon əhalisi Prezidentin bu qərarını ürəkdən alqışladı. Bu qərardan bir neçə gün sonra rayona Baş Prokurorluğun müstəntiqləri gəldi, Yediyarov və ətrafının törətdiyi cinayət əməlləri araşdırmağa başlandı. Amma sən demə bu yoxlamalar mən və məni kimi sadəlövh adamları aldadıb arxayın salmaq üçün imiş. Görün işin harasıdır ki, Yediyarovdan sonra rayona 3 müxtəlif təşkilatdan – Korrupsiyaya qarşı mübarizə idarəsi , Maliyyə Nazirliyi, Hesablama Palatası təftiş komissiyası gəldi və hər 3 komissiyanın üzvləri təftiş dövrünü rayonun ən çox korrupsiyalaşmış şəxsi olan, təhsil şöbəsinin müdiri Baxış Nağıyevin bahalı villasında gecələdilər, yeyib içib kef çəkdilər. Ona görə də 8 aydır bunların yoxlamasından xəbər yoxdu. Hətta sonuncu gələn Hesablama Palatasının komissiyası Sosial Müdafə Mərkəzində yoxlama aparmasına baxmayaraq Yediyarovun dövründə verilmiş saxta veteran müavinətlərini belə üzə çıxartmadı. Yaxşı bəs bunlar nə üçün gəlmişdilər? Belə çıxır ki, Yediyarov günahsız imiş və Prezident onun haqqında düz qərar verməyib? Axı Yediyarovun bu gün də vəzifə başında olan adamlarının cinayətlərindən, haram yolla topladıqları çoxsaylı əmlaklardan xəbəri olmayan yoxdu. Faciə ondadır ki, bu yoxlamalar gəlib gedəndən sonra artıq bu adamların çəkindikləri yer qalmayıb. Ölkənin ən ali təftiş qurumlarının bu cür biabırçı şəkildə satın alınması bu adamları daha da arxayınlaşdırlıb. Bundan sonra bu şəxslər qorxusuz-ürküsüz istənilən cinayətə yol verəcəklər. Mən Prezidentdən xahiş edirəm gəlib Gədəbəydə Baxışın evində kef edib Yediyarovun cinayətlərini ört basdır etmiş bu komissiya üzvlərinin özünün fəliyyətinin araşdırılmasına göstəriş versin”.

Redaksiyadan ➤ Yazıda adı keçənlərin mövqeyini öyrənib dərc etməyə hazırıq… \\AzEuroNews.com\\шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.