“Azəryolservis”də vəzifə alan jurnalist danışdı - “Efir fəaliyyətimi dayandırıram"

21-04-2015, 13:13           
“Azəryolservis”də vəzifə alan jurnalist danışdı - “Efir fəaliyyətimi dayandırıram"
“Azəryolservis” ASC-nin mətbuat xidmətinə yeni rəis təyin olunandan sonra Anar Nəcəfli jurnalist faəliyyətini müvəqqəti olaraq dayandıracaq.

Bu barədə tanınmış jurnalistin özü ANS PRESS-ə məlumat verib.

Onun sözlərinə görə, yeni vəzifəyə təyin olunandan sonra çalışacaq ki, ancaq bu sahədə çalışsın.

“İnanmıram ki, bundan sonra jurnalistika ilə məşğul olmağa vaxtım olsun. Çünki bir işə can yandırmalısan ki, yaxşı nəticə olsun. Çalışacağam ki, mənə etibar edilən vəzifənin öhdəsindən gələ bilim”, - deyə Anar Nəcəfli bildirib.

Tanınmış aparıcının televiziya kanallarından birində müəllifi olan veriliş də dayandırılıb.

Qeyd edək ki, Anar Nəcəfli “Azəryolservis” ASC-nin Mətbuat Katibliyinin rəisi vəzifəsinə təyin edilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.