İqtisadçı Mərkəzi Bankın məmurunun dediklərini inkar edir

21-04-2015, 15:08           
İqtisadçı Mərkəzi Bankın məmurunun dediklərini inkar edir
Bu yaxınlarda pia.az saytında “ Heydər Babayevin yaxınlarının özbaşınalığı” başlıqlı məqalə dərc olunmuşdu.
Məqalədə sahibkar Xanlar Məmmədov “Standard Lizinq” şirkətinin fəaliyyətindən şikayətlənir və qeyd edir ki, bu şirkət sabiq iqtisadi inkişaf naziri Heydər Babayevə məxsusdur.
Xanlar Məmmədov qeyd edir ki, “Standard Lizinq” şirkətinin rəhbərliyinin dələduzluğu ilə bağlı Mərkəzi Banka 8 məktub göndərsə də, heç bir cavab almayıb.
Xanlar Məmmədovun fikrincə, Mərkəzi Bank “ Vətəndaş şikayətlərinin araşdırılması” haqqında AR qanununun tələblərini pozub.
Məmmədov Mərkəzi Bankın istehlakçıların hüquqlarını müdafiə şöbəsinə müraciət edib. Şöbənin müdiri şikayətçiyə bildirib ki, “Standard Lizinq” müstəqil şirkət olduğu üçün Mərkəzi Bank onun fəaliyyətinə nəzarət edə bilməz.
Bizim arayış: Lizinq özündə bank krediti, icarə, investisiya elementlərini cəmləşdirən münasibətlər kompleksidir. Lizinq, lizinq verənlə lizinq alan arasında əksər hallarda uzunmüddətli xarakter daşıyan maliyyə sazişidir. Lizinq müqaviləsinə görə lizinq verən lizinq alana lazım olan əmlakı satıcıdan mülkiyyət hüququ ilə əldə etməli və lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməlidir.
PIA.AZ-da dərc olunan məqalə ilə tanış olduqdan sonra Mərkəzi Bankın şikayətçiyə nə üçün cavab vermədiyini və Mərkəzi Bankın “Standard Lizinq”ə nəzarət edə bilməməsini aydınlaşdırmaq qərarına gəldik.
Mərkəzi Bankın şöbə müdiri Elşən Kərimov Qafqaz Xəbər Agentliyinə (qafqaznews.org) bildirdi ki: “ Bu yalandır. Biz Xanlar Məmmədova məktubla cavab vermişik. Məktubda qeyd olunub ki, “Standard Lizinq” bank fəaliyyəti göstərmədiyi üçün onun fəaliyyətinə nəzarət edə bilmirik”.

Tanınmış iqtisadçı Sabit Bağırov Elşən Kərimovun dediklərini qafqaznews.org-a belə şərh elədi: “ Əgər lizinq şirkəti bankın törəmə qurumudursa, Mərkəzi Bank mütləq onun fəaliyyətinə nəzarət etməlidir”.
“Standard Lizinq”-in saytında yazılanlara əsasən bu şirkət AB STANDARD şirkətlər qrupuna daxildir.
“Standard Lizinq” 2009-cu ildə təsis olunub və “Bank Standard”-ın payı 99,998% və “Aqroland”-ın payı 0,002%-dir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.